“Mahirlə iki həftə əvvəl söhbət etdim. Detallı olaraq mənə izah etdi”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, AFFA Polşanın “Legiya” klubuna məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin probleminin həllinə çalışır: “AFFA tərəfindən təklif elədim ki, hüquqşünaslarımız da ona dəstək versin. İlk növbədə azərbaycanlı futbolçudur və milli komandanın üzvüdür. Hər zaman onun yanındayıq. Hər şey nəzarətdədir. Dünən onunla bir daha əlaqə saxlanıldı, nə köməklik lazım olduğu soruşuldu. Amma ilk növbədə klubu ilə problemi həll etməlidir. Xahiş elədik ki, prosesi tezləşdirsin. İstəmirik ki, oyun praktikasından əziyyət çəksin”.
Qeyd edək ki, 2024-cü ilin yayına qədər Varşava klubuna bağlı olan Mahir “Legiya”ya qayıtmaq istəmir. Klub rəhbərliyi isə onun müqavilə öhdəliyinə əməl etməsini istəyir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"