Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen gələn həftə klubu “İnter”ə qoşulacaq.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi məhz bundan sonra dəqiqləşəcək.
29 yaşlı pleymeyker əvvəlcə həkim müayinəsindən keçəcək, həmçinin bəzi testlər verəcək. Məhz bu testlərin cavabından sonra oyunçunun yüksək səviyyəli çempionatda iştirakının mümkün olub-olmadığı müəyyənləşəcək. Vəziyyət ürəkaçan olsa belə, yaxın 6 ay ərzində meydana çıxması gözlənilmir. Ancaq avqustdan kollektivə qoşula biləcək.
Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə oyunun əvvəlində Kristian Eriksenin ürəyi dayanıb. İlkin tibbi yardımdan sonra həyata dönən futbolçu uzun müddətdir həkim nəzarətindədir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı