Erkən əvəzləmə - “Olimpiakos”da
21.07.2021 - 23:22
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşan “Olimpiakos” erkən əvəzləməyə əl atıb.
Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionu ilk dəqiqələrdə ciddi itki ilə üzləşib.
Pirey təmsilçisinin kapitanı Andreas Buxalakis 18-ci dəqiqədə zədələnərək mübarizəni davam etdirə bilməyib. Baş məşqçi Pedro Martins onun əvəzinə fransalı ulduz futbolçu Metyu Valbuenanı meydana buraxıb.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən görüşdə hesab açılmayıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0