İngiltərə Premyer Liqasında eyni kluba ardıcıl ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ümumilikdə 5 oyunçunun yer aldığı siyahıya “Liverpul”un hücumçusu Sadio Mane başçılıq edir.
Seneqallı forvard ötən həftə “Kristal Pelas”la qarşılaşmada (3:0) fərqlənərək bu rəqibi ardıcıl 9-cu dəfə məyus etmiş olub ki, bununla rekord müəyyənləşdirib. Ümumiyyətlə, “Kristal Pelas” onun ən sevimli rəqibidir. Çünki Mane karyerası ərzində bu komandaya 13 qol vurub.
Premyer Liqada eyni kluba ən çox qol vuran “5-lik”:
1. Sadio Mane (“Kristal Pelas”a) – ardıcıl 9 oyunda (ümumilikdə 13 qol)
2. Robin van Persi (“Stok Siti”yə) – ardıcıl 8 oyunda (ümumilikdə 10 qol)
3. Romelu Lukaku (“Vest Hem”ə) – ardıcıl 7 oyunda (ümumilikdə 11 qol)
Olivye Jiru (“Aston Villa”ya) – ardıcıl 7 oyunda (ümumilikdə 9 qol)
Cimmi Floyd Hasselbeynk (“Vest Hem”ə) – ardıcıl 7 oyunda (ümumilikdə 8 qol)
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”