“Dünya çempionatının iki ildən bir keçirilməsi barədə düşünmək lazımdır”.
Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae deyib.
Əksər Avropa ölkələri dünya çempionatlarının iki ildən bir təşkilinin qəti əleyhinə olsa da, fransalı funksioner fərqli düşünür.
O, FİFA-nın irəli sürdüyü bu təklifi müzakirə etməyi düzgün sayır: “Mən bilməliyəm ki, prezidenti olduğum federasiya bu yenilikdən varlanacaq, yoxsa kasıblaşacaq. Dünya çempionatları ilə bağlı belə bir variantı nəzərdən keçirməmək səhv olardı. Başa düşürəm ki, digər ölkələr narazıdır. Çünki Avropa yeni yarış – Millətlər Liqasını təşkil edir. Bunun sayəsində Avropa komandaları daha çox oyun keçirir. Dünyanın digər bölgələrini kənara ata bilmərik”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”