İspaniya millisinin hücumçusu Ferran Torresin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının yarımfinalında İtaliya ilə matçın 49-cu dəqiqəsində zədələnərək əvəzlənən 21 yaşlı ön xətt oyunçusu finalda iştirak edə biləcək.
Bunu “Mançester Siti”nin üzvü özü açıqlayıb: “İtalyanlara qarşı son dəqiqələr çətin keçdi. Amma indi diqqətimizi finala yönəltmişik. Vəziyyətimə gəlincə, mən yaxşıyam. Həkimlərin nəzarəti altında məşqlərimi davam etdirdim. Final görüşünə tam hazır olacağımı düşünürəm”.
Qeyd edək ki, məhz Torresin dublu sayəsində İtaliya üzərində 2:1 hesablı qələbə qazanan İspaniya yığması bu gün Fransa ilə finalda üz-üzə gələcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”