Fransız müdafiəçi ilə müqaviləni rəsmiləşdirdi - "Neftçi"
15.07.2021 - 21:24
"Neftçi” fransız müdafiəçi Romen Baskı transfer edib.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.
Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu komandanın heyətində 14 nömrəli formanı geyinəcək.
Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer edib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0