Kolumbiyanın II liqasında “Llaneros”la “Union Maqdalena” arasında keçirilən oyunda vurulan qol ciddi söz-söhbətə səbəb olub.
Apasport.az saytının məlumatına görə, ən yaxın izləyicisinin məğlubiyyətinin ardından I liqaya yüksəlmək şansı yaranan “Union Maqdalena” hesabda geridə olduğu görüşün 90+5 və 90+6-cı dəqiqələrində vurduğu qollarla qələbə qazanıb.
Ancaq qarşılaşmadakı son qol zamanı “Llaneros” futbolçularının topu almaq üçün mübarizə aparmaması və topu buraxmaq üçün əllərindən gələni etməsi diqqətdən qaçmayıb. Kolumbiya Peşəkar Futbolçular Birliyi görüşün ardından buna sərt şəkildə narazılığını bildirib. Qurum danışılmış oyun olduğunu düşünərək, bununla bağlı araşdırma aparmağı tələb edib.
Bir çox dünya ulduzları da qolla bağlı sosial şəbəkədə paylaşım edərək, narazılığını dilə gətirib.
Pley-offu ikinci pillədə tamamlayan “Fortaleza”nın baş məşqçisi isə oyundan sonra mətbuat önündə ağlayaraq, haqlarının yeyildiyini söyləyib.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."