Hakan Çalhanoğlu məhkəməyə verildi
28.10.2021 - 17:00
Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu 3 milyon avro itirə bilər.
Apasport.az saytının məlumatına görə, “İnter”in yarımmüdafiəçisinin başı məhkəmə ilə bəladadır.
Məsələ burasındadır ki, 27 yaşlı orta sahə oyunçusunu keçmiş meneceri məhkəməyə verib. O, futbolçudan girov kimi bahalı qol saatı da istəyib. Hətta məhkəmənin başladığı da bildirilir. Lakin menecerin onu məhkəməyə verməsinin səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”ə bu il əzəli rəqib “Milan”dan keçib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0