Azərbaycan Premyer Liqasında II turun son təyinatları açıqlanıb.
Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, sabah keçiriləcək iki oyunun hakimləri müəyyənləşib.
“Zirə” – “Neftçi” görüşünü Kamal Umudlu idarə edəcək. “Qarabağ” –“Səbail” oyunu isə Elçin Məsiyevə tapşırılıb.
Azərbaycan Premyer Liqası
II tur
22 avqust (bazar)
“Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 18:30
“Qarabağ” –“Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”, 20:30