Hakimləri açıqlandı - Rusiya – Azərbaycan matçının
15.09.2021 - 16:55
Qadınlardan ibarət Azərbaycan milli komandasının Rusiya ilə oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin görüşünü Latviyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Sentyabrın 17-də Moskvada keçiriləcək qarşılaşmanın baş hakimi Viola Raudzina olacaq. Onun köməkçiləri Liga Didrike və Diana Vanaga olacaqsa, dördüncü hakim funksiyasını Yelena Yermolayeva yerinə yetirəcək.
0
0