Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland qərarını verib.
Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü yayda Bundesliqa klubunu tərk edəcək.
Almanların yeni müqavilə təklifinə baxmayaraq, 21 yaşlı forvard bunu qəbul etməyib. “Mançester Siti”yə keçmək təklifini də rədd edən Halandın arzusu İspaniyada oynamaqdır. Onun üçün prioritet “Real”da Kilian Mbappe ilə çiyin-çiyinə çıxış etməkdir. “Kral klubu” da hər iki transferi həyata keçirməyə çalışır.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 24 oyunda 23 qol vurub, 5 məhsuldar ötürmə verib.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi