Erlinq Haland “Borussiya”da keçirdiyi son 5 Bundesliqa oyununda qol vura bilmir.
Apasport.az saytının məlumatına görə, norveçli hücumçu XXIX turun “Ştutqart”la görüşündə də fərqlənə bilməyib.
Səfərdəki 2:0 hesablı qələbəyə assistlə töhfə verən Erlinq qolsuz seriyasını davam etdirib. O, sonuncu dəfə yanvarın 22-də rəqib qapısına yol tapıb.
“Hoffenhaym” üzərində 3:2 hesablı qələbədə pay sahibi olan norveçli zədələnib və martın 13-dək meydana çıxa bilməyib. “Borussiya”nın heyətində Bundesliqada 5 oyun qol vurmamaq Haland üçün antirekorddur. Bu seriyayadək norveçli ən pis halda 2 matçı qolsuz keçirib.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq