Danimarkalı futbolçu Kristian Eriksen “Brentford”la müqavilə imzalamazdan əvvəl hərtərəfli müayinədən keçəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası kardioloqun hesabatını nəzərdən keçirəcək və ondan sonra yarımmüdafiəçinin Premyer Liqa klubuna transferinə baxılacaq.
Bu, həm də 29 yaşlı pleymeykerin son durumunun nə yerdə olduğunu görməyə də kömək olacaq. Yalnız bu proseslər tamamlandıqdan sonra “Brentford”un Erikseni heyətinə qatıb-qatmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, AVRO-2020-nin Danimarka – Finlandiya matçının (0:1) birinci hissəsində Kristian Eriksenin ürəyi 15 dəqiqəyə yaxın dayanıb. Ondan bəri futbolçu yaşıl meydanlardan uzaq qalıb. “İnter”dən ayrılan Eriksen hazırda azad agentdir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı