İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla səfər matçına yeni kapitanla çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.
Bildirilir ki, sabahkı qarşılaşmada kapitanlıq sarğısını müdafiəçi Con İqan daşıyacaq. Halbuki son vaxtlar komandanı meydana lider kimi gah Şeyn Daffi, gah da Şeymus Koulman çıxarıb.
Sarğının, xüsusən də, Daffiyə həvalə olunmaması onun şəxsi həyatında yaşadığı problemlərlə əlaqələndirilir. Baş məşqçi Stefen Kenni Daffinin psixoloji cəhətdən buna hazır olmadığını düşünür.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”