“Qarabağ”ın futbolçusu Kadi Borqes Konfrans Liqasında həftənin ən yaxşı qoluna namizədlər arasına düşüb.
Apasport.az saytının məlumatına görə, UEFA onun II tur çərçivəsində “Omoniya”nın qapısından keçirdiyi birinci qolu 4 ən yaxşı arasında göstərib.
Matçda dubla imza atan braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik topu ən yaxşı adına namizəddir. Onun rəqibləri Aleksandar Qlişiç (“Alaşkert”), Maksimilian Vittek (“Vitess”) və Ziqa Kousdur (“Mura”).
Qalib azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə görə açıqlanacaq.
Qeyd edək ki, “Qarabağ” bu tur Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”