2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb.
Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi