Kanteni satmağa hazırdır – “Çelsi”
26.09.2021 - 00:43
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün sonunda komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bir neçə Avropa nəhənginin diqqət mərkəzindədir.
Konkret olaraq “Real” və PSJ 30 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır. Kantenin “zadəganlar”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Nqolo yeni sazişə hələ müsbət yanaşmadığından, londonlular gələn ilin yayında onu satmağa hazırdır.
Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən “Çelsi”nin formasını geyinir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0