Kavani İspaniya nəhənglərinin gündəmində
30.09.2021 - 17:38
“Mançester Yunayted”in hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard La Liqanın daha bir təmsilçisinin maraq dairəsinə düşüb.
“Barselona” və “Atletiko”dan sonra “Real” da Uruqvay millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədir. “Kral klubu” yanvarda bu keçidi reallaşdırmağı planlaşdırır. Onun “qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Edinson Kavani bu mövsüm 2 oyunda formasını geyindiyi “Mançester Yunayted”i tərk etmək istəyini bir neçə dəfə dilə gətirib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0