Kavani qərarını verdi
07.02.2022 - 18:26
“Mançester Yunayted”in hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacaq.
Uruqvay millisinin üzvü mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyəcək. Yayda azad agent statusu daşıyacaq Kavaninin Cənubi Amerikaya qayıtma ehtimalı yüksək qiymətləndirilir. Onunla “Korintians”, “River Pleyt” və “Boka Xuniors” maraqlanır.
Qeyd edək ki, Edinson Kavani 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0