Kevin Medina: "Məqsədimiz yaxşı oyun göstərməkdir"
29.09.2021 - 20:16
“Omoniya"ya qarşı çətin oyunumuz olacaq".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
28 yaşlı kolumbiyalı müdafiəçi sabah Nikosiyanın GSP stadionunda keçiriləcək qarşılaşmaya hazır olduqlarını söyləyib: “Uzun səyahət etmişik. Buna baxmayaraq, məqsədimiz yaxşı oyun göstərməkdir".
Qeyd edək ki, “Omoniya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0