Keynə əvəzləyici tapıldı – “Tottenhem”də
04.02.2022 - 23:15
“Tottenhem” hücumçusu Harri Keynə əvəzləyici axtarır.
Apasport.az saytının məlumatına görə, yayda klubu tərk edəcəyi gözlənilən futbolçunun mövqeyinə əsas namizəd Viktor Osimhendir.
London klubu “Napoli”nin forvardını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. İtaliya klubu qışda oyunçusunu satmaqdan imtina edib.
Premyer Liqa təmsilçisi keçidin yayda reallaşacağına ümidlidir. “Tottenhem” bu dəfə 70 milyon funt sterlinq təklif etmək niyyətindədir.
Qeyd edək ki, Osimhen cari mövsümün 16 matçında 9 qol vurub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0