“Liverpul” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland uğrunda mübarizəyə qoşulmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Təcrübəli mütəxəssis Norveç millisinin üzvünün transfer qiymətini və tələblərini səbəb kimi göstərərək, onunla maraqlanmadıqlarını bildirib: “Halandın transferi üçün yarışa qoşulmayacağıq. Ortada bu qədər rəqəmlərin gəzməsi çılğınlıqdır. Bizim bu məbləğlər qarşılığında futbolçu transfer etmək fikrimiz yoxdur. Bu üzdən Halandı almaq şansımız sıfırdır. Düzünü deyim, bu keçidi heç özüm də istəmirəm”.
Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olsa da, 21 yaşlı hücumçu mövsümün sonunda Avropa nəhənglərindən birinə keçəcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ