Komandasını azlıqda qoydu - kapitan
22.07.2021 - 21:43
“Qarabağ” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubunun kapitanı Maksim Medvedev Konfrans Liqasının II təsnifat mərhələsində “Aşdod”la görüşün 82-ci dəqiqəsində meydandan qovulub.
Rəqibin əks-hücumu zamanı qapıçı ilə təkbətək gedən İsrail klubunun oyunçusunu kobudluqla dayandıran Medvedev birbaşa qırmızı vərəqə alıb.
Bu da Azərbaycan klubunun son dəqiqələri 10 nəfərlə keçirməsi ilə nəticələnib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə hesab açılmayıb. Bu komandalar arasında cavab matçı iyulun 29-da İsraildə keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0