Komitə sədri Polşanın oyununa gedəcək
04.10.2021 - 12:05
Komitə sədri Polşanın oyununa gedəcək

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb.

Apasport.az xəbər verir ki, avstriyalı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsində iş başında olacaq.

O, oktyabrın 8-də keçiriləcək Macarıstan – Polşa oyununun hakim-inspektoru kimi fəaliyyət göstərəcək.