“Qalatasaray” müdafiəçisi Kristian Luyindama ilə yeni müqavilə imzalamaq fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, buna səbəb Konqo millisinin üzvünün zəif çıxışıdır.
Bir müddət əvvəl 27 yaşlı mərkəz müdafiəçisinin menecerini İstanbula çağıran və yeni sözləşmə məsələsində ilkin razılığa gələn rəhbərlik indi buna tərəddüd edir. Markaonun zədələnməsindən sonra əsas heyətdə çıxış edən futbolçunun ardıcıl səhvləri “sarı-qırmızılılar”ı fikrinidən daşınmağa vadar edib. Bu səbəbdən “cim-bom” Luyundama ilə danışığı dondurmaq qərarına gəlib.
Qeyd edək ki, Kristian Luyindamanın müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”