“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Ronald Kumanla yolları ayırmaqda qərarlı olan futbol funksionerinin ilk namizədi Xavi Ernandesdir.
Hətta onun hazırda “Əl-Sədd”i çalışdıran sabiq kapitanla danışıqlara başladığı da bildirilir. Uğursuz nəticələr davam edəcəyi təqdirdə Kuman ilin sonuna qədər istefaya göndəriləcək. Laporta da indidən Xavini bu posta gəlməyə razı salmağa çalışır.
Qeyd edək ki, Çempionlar Liqasının qrupundakı ilk iki oyunda məğlub olan “Barselona” İspaniya La Liqasında 12 xalla 9-cu pillədə qərarlaşır.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”