Laporta etiraf etdi: “Halandla yaxından maraqlanırıq”
01.02.2022 - 16:21
“Barselona” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferində israrlıdır.
Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun prezidenti Joan Laporta təsdiqləyib.
İdarə Heyətinin iclasından sonra mətbuat konfransı keçirən Laporta Norveç millisinin üzvünü yayda heyətə qatmaq niyyətində olduqlarını gizlətməyib: “Onunla yaxından maraqlandığımızı etiraf edirəm. Ancaq danışıqlar, maliyyə məsələləri şəffaf olmalıdır, ictimaiyyətə dəqiq çatdırılmalıdır”.
Qeyd edək ki, Halandın mövsümün sonunda “Barselona”ya transferi gözlənilir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0