“Neftçi”yə uduzsaq da, bu matçı çox yaxşı keçirdik. İlk yoxlama oyunu ilə müqayisədə çox yaxşı çıxış etdik”.
Apasport.az saytının məlumatına görə, bunu Polşa “Qurnik”inin futbolçusu Lendro deyib.
Leçna təmsilçisinin müdafiəçisi “Neftçi” ilə Antalyadakı yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Rəqibimiz ötən mövsümdə Azərbaycan çempionu olan komanda idi. Rəqibimiz əla komandadır. Amma biz də ilk yarını yaxşı oynadıq. Qol imkanlarımız da oldu. Hətta fasilə ərəfəsində hesabı açmağa yaxın idik. Qarşıda hələ görüşəcək çox işlərimiz var. Yoxlama oyunları və məşqlərimiz olacaq. İnanıram ki, mövsümün ikinci yarısına hazır ola biləcəyik”.
Qeyd edək ki, “Neftçi” Polşa təmsilçisini 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı