“Bavariya”nın hücumçusu Robert Levandovski FİFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusuna verilən mükafatın “Qızıl top”dan dəyərli olduğunu düşünür.
Apasport.az saytının məlumatına görə, polşalı forvard bunu “France Football” nəşrinin ən yaxşını seçərkən peşəkarlar arasında sorğu aparmaması ilə əlaqələndirib.
Ulduz futbolçu bildirib ki, FIFA-nın səsverməsi zamanı futbolçular və məşqçilərin fikri vacib rol oynayır: “Belə qənaətə gəldim ki, FIFA mükafatı “Qızıl top”dan daha dəyərlidir. Sonuncuda yalnız jurnalistlər səs verir, dəqiq yoxlama olmur. Ancaq FİFA-nın sorğusunda iştirak edən komanda kapitanları, məşqçilər bizim nailiyyətlərimizi real və obyektiv qiymətləndirə bilirlər. Çünki onlar hər matçın, rekordun, zədənin bizə nə qədər baha başa gəldiyini bilirlər. Bəlkə də, “Qızıl top” daha prestijlidir. Ancaq məşqçilərin və futbolçuların səsverməsinə görə ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu mükafatını almağım məni qürurlandırır”.
Qeyd edək ki, 2021-ci ildə “Qızıl top” mükafatı uğrunda mübarizədə PSJ-nin hücumçusu Lionel Messiyə uduzan Robert Levandovski FIFA-nın versiyasına görə, ən yaxşı seçilib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"