London klubunun hücumçusuna göz dikib – “Liverpul”
25.09.2021 - 00:39
“Vest Hem”in hücumçusu Jarrod Bouen karyerasını başqa klubda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard komandasını dəyişsə belə, İngiltərədə qalacaq.
Çünki ingiltərəli futbolçunu heyətinə qatmaq istəyən klub “Liverpul”dur. “Mersisaydlılar” onu mövsümün sonunda transfer etməyi planlaşdırır. Bunun üçün London təmsilçisinə ilkin olaraq 23 milyon avro təklif edilib.
Qeyd edək ki, Jarrod Bouen ötən mövsüm “Vest Hem”in heyətində 40 oyun keçirib, 8 qol, 6 assistlə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0