Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avropa Liqasında da “Dinamo”nun formasını geyinə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçunun keçidi bunun üçün mümkün olan son gündə baş tutub.
Məsələ ondadır ki, avrokuboklarda mübarizəni davam etdirən klublar fevralın 2-dən 3-nə keçən gecə Bakı vaxtı ilə saat 03:00-a qədər yeni oyunçularını sifariş edə bilərdi. Hər kluba yalnız 3 yeni transfer əlavə etmək hüququ verilir.
Xorvatiya çempionu qışda təkcə Mahiri transfer etməyib. Petar Boçkayı “Osiyek”dən, Mario Kujeni “Dnepr-1”dən, Marko Ciranı “Lokomotiva”dan alıb. Bu “dördlük”dən biri Avropa Liqasında oynaya bilməyəcək. Xorvatiya mətbuatı Mahirin sifariş vərəqinə əlavə edilən üç oyunçudan biri olduğunu yazıb.
Qeyd edək ki, “Dinamo” və “Sevilya” arasında pley-off matçları fevralın 17-də və 24-də keçiriləcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"