Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvardın komandası Polşa Ekstraklasasının XIII turunda ev matçına çıxıb.
Uğursuz mövsüm keçirən Varşava təmsilçisi turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Poqon”u qəbul edib. Yeni baş məşqçi Marek Qolobyevskinin rəhbərliyi altında çempionatda ilk görüşünə çıxan “Legiya” növbəti məğlubiyyətini alıb. Hər hissədə bir qol vuran Şetsin klubu səfərdə 2:0 hesablı qələbəyə sevinib.
Start heyətində meydana çıxan Mahir Emreli isə yenə qolsuz qalıb. Hücumçu 61-ci dəqiqədə əvəzlənib.
Hazıra aktivində 9 xal olan “Legiya” turnir cədvəlində 16-cı pilləyə, təhlükəli zonaya yuvarlanıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu