Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıya gələcək.
Bu barədə apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.
Onun sözlərinə görə, 63 yaşlı rumıniyalı cüdo funksioneri paytaxtımızda keçiriləcək “Böyük Dəbilqə” turnirini canlı izləyəcək. Vizerlə yanaşı, qurumun İcraiyyə Komitəsinin üzvləri də beynəlxalq yarışa yerində tamaşa edəcəklər.
Qeyd edək ki, noyabrın 5-7-si aralığında keçiriləcək “Böyük Dəbilqə” turniri üçün indiyə qədər 31 ölkədən 203 (132 kişi, 71 qadın) cüdoçu sifariş olunub. Azərbaycan millisi 20 kişi, 8 qadın idmançı ilə təmsil olunacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu