Kamerunun əfsanəvi futbolçusu Samuel Eto gənc hücumçular Kilian Mbappe və Erlinq Halandı müqayisə edib.
Apasport.az saytının məlumatına görə, “Barselona” və “İnter”in sabiq forvardı fransalını daha yaxşı sayır.
Etonun fikrincə, Ronaldo və Messidən sonra yeni lider Mbappe olacaq: “Real”dan təklif olub-olmadığını bilmirəm, amma Mbappenin PSJ -də qalmasına sevinirəm. İki “canavarımız” var - Kriştiano Ronaldo və Lionel Messi. Amma başa düşürük ki, zaman keçdikcə onlar karyeralarını bitirirlər. Hamımız mümkün qədər uzun müddət oynamalarını istəyirik, amma onlar getməli olacaq və başqaları görünəcək. Onların arasında Mbappe fərqlidir. Haland, şübhəsiz ki, “vəhşidir”, amma Mbappe ondan üstündür”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”