“Neftçi" kimi komandaya qarşı oynamaq həmişə çətindir".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə oyun barədə danışarkən deyib.
Kolumbiyalı müdafiəçi “CBC Sport” kanalına açıqlamasında komandasının səfərdə 2:1 hesablı qələbəsini dəyərləndirib: “İlk dəqiqələrdən yüksək pressinq edəcəklərini bilirdik. Buna öncədən hazır idik. Bu üzdən hücumların qarşısını ala bildik. "Neftçi" kimi rəqib üzərində qələbə həmişə xüsusidir. Onları xüsusən də, səfərdə məğlub etməyin ayrı ləzzəti var".
O, Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə keçiriləcək oyun barədə hələ düşünmədiklərini vurğulayıb: "Bizi qarşıda ölkə kubokunun 1/4 final mərhələsində "Keşlə" ilə cavab oyunu gözləyir. Yalnız həmin matçın ardından Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə keçirəcəyimiz görüşü düşünəcəyik. Qarşıda bir həftəyə yaxın vaxt var. Düşünürəm ki, buraxdığımız səhvlər barədə işləyəcəyik".
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu