Messi “Barselona”ya qayıtmayacaq
22.11.2021 - 00:39
PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmayacaq.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz Kataloniya klubuna dönmək fikrində deyil.
La Liqa təmsilçisinin prezidenti Joan Laporta bir müddət əvvəl 35 yaşlı oyunçunun geri dönəcəyini istisna etməmişdi. Ancaq Leo bütün diqqətini PSJ ilə Çempionlar Liqasını qazanmağa və gələnilki dünya çempionatında uğurlu çıxış etməyə yönəldib. Bu səbəbdən o, PSJ-də qalmağı planlaşdırır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm Liqa1-də keçirdiyi 6 oyunda 1 qol vurub.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0