Messi həmyerlisinin satılmasını istəyir
23.10.2021 - 11:21
PSJ-nin hücumçusu Lionel Messi komandadakı həmyerlisi Mauro İkardi ilə eyni komandada oynamaq istəmir.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz forvardın satılmasını istəyir.
İkardi ilə arasında fikir ayrılıqları yaranan 34 yaşlı oyunçu rəhbərliyə bununla bağlı öz təklifini də edib. O, 28 yaşlı oyunçunun “Barselona”ya təklif olunmasını, əvəzində digər həmyerlisi Serxio Aqueronun gətirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, Mauro İkardi cari mövsüm 11 oyunda 3 qol vurubsa, Aquero “Barselona”nın heyətində oktyabrın 17-də “Valensiya” ilə görüşdə debüt edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0