Argentina millisinin kapitanı Lionel Messi komanda yoldaşı Emiliano Martinesin ünvanına tərif yağdırıb.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı superulduz DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla (3:0) keçirilən qarşılaşmadan sonra “Aston Villa”nın qolkiperini fərqləndirib.
Onun fikrincə, Martines dünyanın ən yaxşılarındandır: “Martines tam fərqli futbolçudur. Özünü göstərmək lazım olan anda bunu etməyi bacarır. O, dünyanın ən yaxşı qapıçılarından biridir”.
Qeyd edək ki, Argentina millisi seçmə mərhələdə 22 xalla ikinci pillədə qərarlaşır. Lider Braziliyanın aktivində 28 xal var.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”