Messidən əl çəkdi - PSJ
13.07.2021 - 22:48
Fransanın PSJ klubu Lionel Messini heyətinə qatmayacaq.
Apasport.az saytının məlumatına görə, parislilər neçə vaxtdır keçidini həll etməyə çalışdığı argentinalıdan əl çəkib.
Buna səbəb “Barselona” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu qazanan Messi ilə danışıqlarda irəliləyişin olmamasıdır. İspaniya klubu ilə yeni anlaşma imzalayacağı gözlənilən futbolçu böyük ehtimalla Kataloniya təmsilçisində qalacaq.
Qeyd edək ki, “Barselona” maliyyə çətinlikləri üzündən Lionellə yeni müqavilə imzalaya bilmir. Kluba La Liqa üçün yeni oyunçu sifariş etmək qadağası da var.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0