Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Mançester Siti” ilə matçda PSJ-nin hücumçusu Lionel Messinin canlı səddin arxasında uzanması bütün dünyanın gündəmini zəbt edib.
Apasport.az saytının məlumatına görə, bir çox futbol mütəxəssisi argentinalının son dəqiqələrdəki bu addımını ona qarşı hörmətsizlik kimi qələmə verib.
Lakin 34 yaşlı superulduzun son dəqiqələrdə rəqibin cərimə zərbəsi zamanı özünün bu təşəbbüslə çıxış etdiyi üzə çıxıb. Adətən PSJ-də bu işi Marko Verratti icra edir. Lakin həmin vaxt italiyalı meydanda olmadığından Messi kapitan Markinyoşa özünün bu funksiyanı icra edəcəyini deyib və yerə uzanıb.
Bundan bir neçə dəqiqə sonra isə digər hücumçu Kilian Mbappe eyni hərəkəti yerinə yetirib. Hər iki epiziodda Riyad Mahrez cərimə zərbəsindən fərqlənə bilməyib.
Qeyd edək ki, Messinin PSJ forması altında ilk qolunu vurduğu görüşdə fransızlar 2:0 hesablı qələbə qazanıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”