Messinin durumuna aydınlıq gəldi
29.10.2021 - 13:22
Fransa Liqa1-nin XII turunda “Lill” ilə qarşılaşacaq PSJ matçın iştirak ərizəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi “22-liy”ə argentinalı hücumçu Lionel Messini də salıb.
Baş məşqçi Mauritsio Poçettino bir gün əvvəl həmyerlisinin əzələ problemi yaşadığını və məşqi buraxdığını açıqlasa da, son çempionla görüşdə onun xidmətindən yararlanmaq qərarına gəlib. Əvəzində səhhətində problem olan digər hücumçu Kilian Mbappe heyətdə yer almayıb.
Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Lill” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0