Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, milliləşdirilmiş braziliyalı bu ölkəni tərk edəcək.
29 yaşlı oyunçu yüksək liqa təmsilçisi “Palma”dan ayrılaraq, Rusiya klubu “Tümen”ə qoşulmaq üzrədir. Malyorka klubu çempionatın ən yaxşılarından olan Vilelanın gedişinə mane olmağa çalışır. Lakin rusiyalıların israrı bu transferi qaçılmaz edir. “Tümen” onun üçün tələb olunan sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Rusiyada transfer pəncərəsi fevralın 22-dək açıq olduğundan, “Tümen” rəhbərliyi keçidi yaxın günlərdə reallaşdırmaq üçün əlindən gələni edir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"