17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində son görüşünə çıxıb.
Albaniyanın Elbasan şəhərində keçirilən oyunda komandamız albaniyalı yaşıdları ilə qarşılaşıb. Məhsuldar keçən qarşılaşma 3:3 hesablı heç-heçə ilə nəticələnib.
Şəkər Piriyevanın dubl etdiyi oyunda millimizin digər qolunu Sumeyra Kəsməz vurub. Millimizin heyətində Lalə Abbaszadə 20-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, ilk oyunda Monteneqroya 1:6 hesabı ilə uduzan millimiz üç komandalı qrupda 2-ci olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”