Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” oyununda (1:3) hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb.
Apasport.az xəbər verir ki, bu matçadək həm Kamran Ağayev, həm də Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə topu qapısında görmüşdü.
“ASCO Arena”da milli komandamızın hər iki sabiq qolkiperi üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb. “Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. Kamran buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi isə 200-cü qolu 153-cü matçında buraxıb.
Kamranla Aqilə qədər ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”