“Ortada mükafat var. Biz də yarımfinalda dünyanın ən güclü komandalarından biri ilə görüşəcəyik”
Apasport.az saytının məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.
Təcrübəli mütəxəssis Millətlər Liqasının Belçika ilə keçiriləcək yarımfinal oyunu ərəfəsində komandasının hədəfini açıqlayıb: “Çox ağır qrupdan bu mərhələyə çıxmaq üçün hər şey etmişik. Əvvəl dünya və Avropa çempionu olmuşuq. İndi Millətlər Liqası da var. Bizim hədəfimiz burada qalib olmaqdır. Belçikaya qarşı necə oynamalı olduğumuzu bilirəm. Məqsəd rəqibə daha çox çətinlik yaratmaqdır”.
Qeyd edək ki, sabah keçiriləcək Belçika – Fransa oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”