Morata qərarını verdi: “Qalıram”
01.02.2022 - 00:34
“Yuventus”un futbolçusu Alvaro Moratanın gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu İtaliya klubunda qalmağa qərar verib.
Morata mövsümü Turin təmsilçisində başa vurmağı məqsədəuyğun sayıb. “Arsenal”, “Tottenhem” və “Barselona”nın heyətinə qatmaq istədiyi forvard təklifləri qəbul etməyib.
Qeyd edək ki, baş məşqçi Massimiliano Alleqri də Moratanın qalmasını və Duşan Vlahoviçlə duet təşkil etməsini istəyir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0