“Porto”, “Çelsi”, “İnter” və “Real”dakı uğurları ilə vaxtilə məğlubedilməz məşqçilərindən olan Joze Mourinyo karyerasındakı enişdən sonra bu mövsüm “Roma” ilə yenidən yüksəlişə keçmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis rəhbərlik etdiyi klubların yüksək büdcəyə malik olmaları sayəsində saysız hesabsız transferlər həyata keçirib.
Portuqaliyalı çalışdırıcı “Roma”nın sükanı arxasına keçdikdən sonra ilk transferi isə həmyerlisi Rui Patrisio olub. Ümumiyyətlə, o, həmyerlilərinə hər zaman üstünlük verməsi ilə diqqət çəkib.
Mourinyonun çalışdığı komandalara gətizdirdiyi ən yaxşı portuqaliyalı futbolçulardan ibarət “11-liy”i təqdim edirik.
Qapıçı: Rui Patrisio (“Roma”);
Mərkəz müdafiəçiləri: Paulo Ferreyra (“Porto”, “Çelsi”), Rikardo Karvalyo (“Çelsi”, “Real”);
Sağ cinah müdafiəçisi: Joze Bosinqva (“Porto”);
Sol cinah müdafiəçisi: Fabio Koentrao (“Real”);
Dayaq yarımmüdafiəçisi: Tyaqo Mendeş (“Çelsi”);
Orta sahə: Gedson Fernandeş (“Tottenhem”);
Orta sahə: Manişe (“Porto”, “Çelsi”);
Sağ cinah yarımmüdafiəçisi: Serjio Konseysao (“Porto”);
Sol cinah yarımmüdafiəçisi: Rikardo Kuarejma (“İnter”);
Hücumçu: Uqo Almeyda (“Porto”).
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi