Mövsümü harada keçirəcəyi dəqiqləşdi – Mbappenin
18.08.2021 - 16:36
Fransa millisinin futbolçusu Killian Mbappe mövsümün sonunadək PSJ-də qalacaq.
Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Leonardo açıqlayıb.
O, bunu komandanın futbolçuları ilə söhbətində qeyd edib. Killianın özü də soyunub-geyinmə otağında komanda yoldaşlarına mövsümün sonunadək Parisdə qalacağını deyib.
Qeyd edək ki, bir müddət əvvələdək “Real”a keçməyə can atan Mbappe transferi üçün klub prezidenti Nasser Al-Xelaifi ilə görüşmək istəyirdi.
0
0