Məşqi yarımçıq tərk etdi - Jiru
22.09.2021 - 22:37
İtaliyanın “Milan” klubunun futbolçusu Olivye Jiru komandasının məşqini yarımçıq tərk edib.
Apasport.az saytının məlumatına görə, buna fransalı hücumçunun belindəki ağrılar səbəb olub.
34 yaşlı forvard Çempionlar Liqasının I turunun “Liverpul”la görüşündə (2:3) aldığı zədənin əziyyətini çəkir. O, qarşıdakı bir neçə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Jiru cari mövsümün iki oyununda iki qol vurub.
0
0